Restoran idarəetmə sistemi

possiblle

Restoranlar üçün QR menyu və sifariş idarəetmə sistemi

Everything possible with us.

QR sifariş, real vaxt masa izlənməsi, mətbəx bildirişləri, kassa nəzarəti, anbar və tam mənfəət hesabatları. Hamısı bir platformada.

Limitsiz

Masa

Real vaxt

Bildiriş

100%

Brauzer əsaslı

FAQ

Possiblle kimə uyğundur?

Kiçik kafedən böyük restorana qədər hər ölçülü müəssisəyə. QR menyu ilə başlayıb sonradan kassa, anbar və hesabatları işə salmaq olar — hamısını birdən qurmaq şərt deyil.

Müştəri tətbiq yükləməlidir?

Xeyr. Müştəri sadəcə QR kodu skan edir və sifarişi brauzer üzərindən verir. Sizin əməkdaşlarınız üçün də yükləmə tələb olunmur — sistem istənilən telefonda, planşetdə və kompüterdə brauzerdə işləyir.

Quraşdırma nə qədər çəkir?

Menyunu Excel-dən idxal edirsiniz, masaları yaradırsınız, QR kodları çap edirsiniz — bir gün ərzində işə düşmək mümkündür. Çek printeri və anbar sonradan da qoşula bilər.

Neçə masa dəstəklənir?

Limitsiz. Masa, məhsul və əməkdaş sayında məhdudiyyət yoxdur.

Çek printeri mütləqdirmi?

Xeyr. Printer olmadan da sifarişlər mətbəx ekranında görünür və səslə xəbər verilir. Printeriniz varsa, ESC/POS dəstəkləyən termal printerlər birbaşa brauzerdən işləyir.

Məlumatlar haradadır?

Supabase infrastrukturunda, şifrəli formada saxlanılır. Hər şirkət yalnız öz datasını görür.