Bütün xüsusiyyətlər

Əməkdaşlar, PIN giriş və təhlükəsizlik

Hər əməkdaşa bütün sistemi açmaq lazım deyil. Rollar hər kəsə yalnız öz işini göstərir: satıcı sifariş qəbul edir, sex əməkdaşı öz yeməklərini görür, admin isə hesabatlara və tənzimləmələrə çıxır. Bir terminalı bütün növbə paylaşırsa, hər dəfə şifrə yazmaq əvəzinə qısa PIN kifayətdir — və hər girişin kim tərəfindən, haradan edildiyi yazılır.

İndi başla

Nə edir?

Rollara görə panellər

Admin, satıcı və sex əməkdaşı ayrı-ayrı panellərə düşür. Heç kim öz işinə aid olmayan ekranı görmür.

PIN giriş

Ümumi kassa terminalında hər əməkdaş öz qısa PIN-i ilə girir. Şifrə yazmağa vaxt itmir, satış isə kimin adına yazıldığı bəlli olur.

Zəif PIN bloklanması

Sistem 1234 kimi asan təxmin edilən PIN-lərin qurulmasına icazə vermir.

Giriş qeydləri

Sistemə kim, nə vaxt, hansı IP ünvanından və hansı cihazdan daxil olub — hamısı cədvəldə qalır. Şübhəli giriş varsa, görünür.

Satıcı terminal linkinin ləğvi

Ofisiantın telefonundakı terminal linki işdən çıxan gün bir kliklə yenilənir. Köhnə link dərhal işləməz olur.

Əməkdaşın tarixçəsi qalır

Əməkdaş silinsə də, keçmiş sifarişlərdə adı qalır. Köhnə hesabatlar boşalmır.

Şirkət məlumatlarının ayrılığı

Hər şirkət yalnız öz datasını görür. Bu, tənzimləmə ilə deyil, verilənlər bazası səviyyəsində təmin olunur.

Tez-tez verilən suallar

Bir terminalda bir neçə ofisiant işləyə bilərmi?

Bəli. Hər biri öz PIN-i ilə girir, sifariş isə həmin əməkdaşın adına yazılır — satıcı statistikası buna görə dəqiq olur.

Ofisiant işdən çıxsa, girişini necə bağlayıram?

Əməkdaşı silmək və ya terminal linkini yeniləmək kifayətdir. Köhnə link və PIN dərhal işləməz olur, keçmiş sifarişlərdə isə adı qalır.

Məlumatlar haradadır?

Supabase infrastrukturunda, şifrəli formada saxlanılır. Hər şirkətin datası verilənlər bazası səviyyəsində bir-birindən ayrılıb.

Restoranınızı bir platformadan idarə edin.

QR menyudan hesabatlara qədər — hamısı brauzerdə.

Daxil ol →