Bütün xüsusiyyətlər

QR menyu və sifariş qəbulu

Kağız menyu köhnəlir, qiymət dəyişəndə yenidən çap olunur, ofisiant isə eyni sualı gündə yüz dəfə cavablandırır. QR menyu bu döngəni qırır: müştəri masadakı kodu skan edir, menyunu şəkilləri və qiymətləri ilə görür, sifarişi özü yığır. Sifariş həmin an mətbəxə düşür. Heç nə yüklənmir, heç nə quraşdırılmır — telefon kamerası və brauzer kifayətdir.

İndi başla

Nə edir?

Hər masaya öz QR kodu

Kod skan olunanda sifariş avtomatik həmin masaya yazılır. Ofisiantın masa nömrəsini soruşmasına və ya yadda saxlamasına ehtiyac qalmır.

Yalnız menyu baxışı rejimi

Sifarişi hələ ofisiant qəbul etsin istəyirsinizsə, QR-ı sifarişsiz rejimə keçirin: müştəri menyunu və qiymətləri görür, amma sifariş düyməsi görünmür.

Satıcı terminal linki

Ofisiantın öz telefonu bir link vasitəsilə tam sifariş terminalına çevrilir — heç nə quraşdırmadan. Link sizin nəzarətinizdədir: bir kliklə yeniləyirsiniz və köhnəsi dərhal işdən düşür.

Takeaway sifarişlər

Özü ilə aparan müştəri üçün masa seçmək lazım deyil. Takeaway sifarişlər masalardan ayrı gedir, hesabatlarda isə eyni cür görünür.

Variantlı məhsullar

Bir məhsulun bir neçə ölçüsü və növü olur — kiçik/böyük, isti/soyuq. Hər variantın öz qiyməti və öz maya dəyəri var, ona görə mənfəət hesabatı da variant səviyyəsində dəqiqdir.

Açıq sifarişə sonradan əlavə

Müştəri sonra bir qəhvə də istəyəndə yeni sifariş açmağa ehtiyac yoxdur. Əlavə eyni hesaba düşür və mətbəxdə ayrıca partiya kimi görünür ki, aşpaz nəyin təzə gəldiyini anlasın.

Masa dəyişmə

Müştəri başqa masaya keçəndə açıq sifariş bütün məhsulları ilə birlikdə köçürülür. Hesabı yenidən yığmaq lazım deyil.

Səbəbli ləğv

Sifariş ləğv ediləndə səbəb seçilir — müştəri imtina etdi, səhv sifariş, məhsul yoxdur. Ay sonunda nə qədər və nə üçün itirdiyinizi görürsünüz.

Ödənişsiz bağlama

Hesabı qonaq etmək lazım gələndə sifariş səbəbi yazılmaqla ödənişsiz bağlanır. Kassa hesabatında bu məbləğ satış kimi sayılmır.

Tez-tez verilən suallar

Müştəri tətbiq yükləməlidir?

Xeyr. Müştəri QR kodu telefon kamerası ilə skan edir və menyu birbaşa brauzerdə açılır. Nə App Store, nə Google Play — heç bir yükləmə yoxdur.

Neçə masa dəstəklənir?

Limitsiz. İstədiyiniz qədər masa əlavə edə, hər birinə ayrıca QR kod yarada bilərsiniz.

QR menyunu sifarişsiz, yalnız baxış üçün istifadə edə bilərəmmi?

Bəli. Admin panelindən “Yalnız menyu baxışı” rejimini yandırın — müştəri menyunu və qiymətləri görür, sifarişi isə əvvəlki kimi ofisiant qəbul edir.

Restoranınızı bir platformadan idarə edin.

QR menyudan hesabatlara qədər — hamısı brauzerdə.

Daxil ol →