Bütün xüsusiyyətlər

Masalar və zal planı

Hansı masa doludur, hansında sifariş neçə dəqiqədir gözləyir — bunu bilmək üçün zalı gəzmək lazım deyil. Masalar ekranı bütün zalın vəziyyətini bir baxışda göstərir. Planı sizin real düzülüşünüzə uyğun qurursunuz: masaları sürükləyib yerləşdirirsiniz, formasını və tutumunu yazırsınız, ona görə ekrandakı şəkil zalın özünə oxşayır.

İndi başla

Nə edir?

Real vaxtda status

Dolu masalar dərhal işarələnir. Yeni ofisiant da hansı masada iş getdiyini soruşmadan görür.

Zal planı redaktoru

Masaları sürükləyərək zalın real düzülüşünü qurursunuz. Plan bir dəfə qurulur və hamı eyni şəkli görür.

Forma və tutum

Masa üfüqi, şaquli və ya dairəvi ola bilər, hər birinə neçə nəfərlik olduğunu yazırsınız. Plan zalın özünə oxşayanda ofisiant onu tez oxuyur.

Plan və siyahı görünüşü

Böyük zal üçün plan, kiçik məkan üçün sadə siyahı — hansı rahatdırsa onu seçirsiniz.

Masaya QR kod

Hər masanın öz QR kodu var. Çap edib masaya qoyursunuz, sifariş avtomatik həmin masaya yazılır.

Aktiv masanın qorunması

Açıq sifarişi olan masanı silmək olmur. Beləliklə hesab “havada qalmır”.

Tez-tez verilən suallar

Masa sayında limit varmı?

Xeyr, limitsizdir. İstədiyiniz qədər masa əlavə edə bilərsiniz.

Zalım iki mərtəbədir — plan işləyəcəkmi?

Bəli. Masaları plan üzərində istədiyiniz kimi qruplaşdırıb yerləşdirə, adlarını da ona uyğun verə bilərsiniz.

Restoranınızı bir platformadan idarə edin.

QR menyudan hesabatlara qədər — hamısı brauzerdə.

Daxil ol →