Bütün xüsusiyyətlər

Kassa və növbə idarəetməsi

Gün sonunda kassada nə qədər pul olmalı idi və nə qədər var — bu sualın cavabı çox vaxt kağız üzərində, yaddaşdan və mübahisə ilə tapılır. Kassa modulu növbəni əvvəldən sona qədər yazır: kassir başlanğıc məbləği daxil edərək növbəni açır, gün ərzində hər mədaxil və məxaric qeyd olunur, bağlananda isə sistem olmalı olan məbləği özü hesablayır və sayılanla müqayisə edir.

İndi başla

Nə edir?

Növbə açılışı

Kassir işə başlayanda kassadakı başlanğıc məbləği daxil edir. Bütün günün hesabı bu rəqəmin üstündən qurulur.

Mədaxil və məxaric

Kassadan çıxan və kassaya girən hər məbləğ qeydlə yazılır — tədarükçüyə ödəniş, xırda alış, kassaya əlavə pul. Gün sonunda “bəs bu pul hara getdi?” sualı qalmır.

Kassa uyğunluğu

Növbə bağlananda sistem kassada olmalı olan məbləği göstərir, kassir isə saydığını daxil edir. Nəticə dərhal görünür: dəqiq, kəsir, yoxsa artıq.

Terminal ayrıca izlənir

Kartla ödənişlər kassaya girmir — bank terminalından keçir. Sistem onları ayrıca sayır və terminalın Z-hesabatı ilə üzləşdirməyə imkan verir. Nağd və kart bir-birinə qarışmır.

Bağlanmış növbələrin tarixçəsi

Hər növbə üçün kim açıb, kim bağlayıb, başlanğıc nə qədər olub, olmalı idi nə qədər, sayılan nə qədər — hamısı saxlanılır. Kəsir təkrarlanırsa, bu, cədvəldə özünü göstərir.

Ödənişin düzəldilməsi

Ödəniş üsulu səhv seçiləndə — nağd əvəzinə kart — admin onu sonradan düzəldə bilər. Növbənin hesabı avtomatik yenilənir.

Tez-tez verilən suallar

Kassir gün ərzində kassadan pul götürsə nə olur?

Bunu məxaric kimi qeydlə yazır. Növbə bağlananda həmin məbləğ olmalı olan puldan çıxılır, ona görə kəsir kimi görünmür.

Kart satışları kassaya daxildirmi?

Xeyr. Kart satışları ayrıca sayılır, çünki pul terminaldan banka gedir. Sistem terminal məbləğini ayrıca göstərir ki, Z-hesabatla tutuşdura biləsiniz.

Bir neçə kassirim var — hər birinin öz növbəsi olurmu?

Bəli. Növbəni kim açıb, kim bağlayıb yazılır və hər növbə öz hesabı ilə tarixçədə qalır.

Restoranınızı bir platformadan idarə edin.

QR menyudan hesabatlara qədər — hamısı brauzerdə.

Daxil ol →