Bütün xüsusiyyətlər

Anbar, reseptlər və maya dəyəri

Restoranın pulu ən çox anbarda itir: qalıq bilinmir, tədarükçüyə nə qədər borc olduğu dəftərdə qalır, xarab olan məhsul isə heç yerdə yazılmır. Anbar modulu bunların hamısını bir yerə yığır. Ən vacibi isə reseptlərdir: yeməyin hansı ingredientdən nə qədər getdiyini yazanda, maya dəyəri real alış qiymətindən özü hesablanır — və mənfəət hesabatı nəhayət doğru olur.

İndi başla

Nə edir?

Bir neçə anbar

Mətbəx anbarı, bar anbarı, əsas anbar — hər biri ayrıca qalığı ilə. Hansı məhsulun harada olduğu həmişə bəllidir.

Qalıqlar

Hər məhsulun hər anbardakı qalığı canlı görünür. Axtarış sahəsi ilə uzun siyahıda saniyəyə tapırsınız.

Tədarükçülər və borc

Hər tədarükçü üçün nə alındığı və nə qədər borc qaldığı ayrıca izlənir. Ödəniş edəndə borc avtomatik azalır — dəftər saxlamağa ehtiyac qalmır.

Bazarlıqlar

Alış sənədi bir ekranda yığılır: hansı məhsul, nə qədər, hansı qiymətə, nə qədəri ödənilib. Qalıq və orta alış qiyməti həmin an yenilənir.

Anbarlar arası transfer

Əsas anbardan mətbəxə məhsul köçürəndə qeydlə yazılır. İki anbarın qalığı özü düzəlir, məhsul isə yolda “itmir”.

Səbəbli silinmələr

Xarab olan, sınan və ya işçi yeməyinə gedən məhsul səbəbi ilə silinir. Ay sonunda itkinin nə qədər olduğunu və nədən yarandığını görürsünüz.

Reseptlər

Yeməyin tərkibini yazırsınız — 200 qram ət, 150 qram kartof, 20 qram yağ. Sistem maya dəyərini anbardakı real qiymətdən hesablayır. Tədarükçü qiyməti qaldıranda yeməyin marjası dərhal dəyişir.

Tədarükçüyə ödənişlər

Hər ödəniş məbləği və qeydi ilə yazılır, cari borc həmişə göz önündədir.

Tez-tez verilən suallar

Resept qurmasam maya dəyərini yaza bilərəmmi?

Bəli. Hər məhsul üçün maya dəyərini əl ilə də yazmaq olar — mənfəət hesabatı yenə işləyir. Resept sadəcə bu rəqəmi avtomatik və həmişə güncəl saxlayır.

Neçə anbar yarada bilərəm?

İstədiyiniz qədər. Mətbəx, bar, əsas anbar — hər birinin qalığı ayrıca izlənir və aralarında transfer etmək olar.

Tədarükçü borclarını izləyirmi?

Bəli. Bazarlıqda ödənilməyən məbləğ borc kimi qalır, ödəniş etdikcə azalır və hər tədarükçünün cari borcu siyahıda görünür.

Restoranınızı bir platformadan idarə edin.

QR menyudan hesabatlara qədər — hamısı brauzerdə.

Daxil ol →