Statistika, mənfəət və hesabatlar
Kassanın ümumi dövriyyəsi heç nə demir — restoranı gəlir deyil, mənfəət yaşadır. Hesabatlar hər məhsulun maya dəyərini bildiyi üçün gəlirlə yanaşı xərci, mənfəəti və marjanı da göstərir. Hansı yeməyin nə qədər satıldığını, hansı saatlarda izdiham olduğunu, hansı satıcının nə qədər iş gördüyünü ayrıca görürsünüz. Hər şey Excel-ə çıxarılır.
İndi başlaNə edir?
Gəlir, maya dəyəri, mənfəət
Seçilmiş dövr üçün dörd rəqəm bir yerdə: nə qədər satılıb, nə qədərə başa gəlib, nə qədər qalıb və marja neçə faizdir. Orta çek və sifariş sayı da yanındadır.
Kateqoriya mənfəəti
Hansı kateqoriya real pul gətirir? Çox vaxt ən çox satılan ən çox qazandıran deyil — bu hesabat fərqi açıq göstərir.
Top məhsullar
Ən çox satılan yeməklərin siyahısı. Menyunu qısaltmaq və ya qiymət dəyişmək qərarını rəqəmə söykəyirsiniz.
Satıcı statistikası
Hər satıcının satış həcmi ayrıca. Kimin çox iş gördüyünü mübahisəsiz görürsünüz.
Gün saatlarına və həftənin günlərinə görə
İzdiham hansı saatlarda başlayır, hansı günlər boş keçir. Növbə cədvəlini bu qrafiklərə görə qurmaq olar.
Aşağı marja xəbərdarlığı
Marjası 20%-dən aşağı düşən məhsullar avtomatik işarələnir. Tədarükçü qiyməti qaldıranda bunu ay sonunda deyil, dərhal görürsünüz.
Biznes günü
Restoran gecə saat 2-yə qədər işləyirsə, gecə yarısından sonrakı sifarişlər əvvəlki günün hesabına yazılır. Hər şirkət öz saat qurşağı və iş saatları ilə qurulur, ona görə rəqəmlər real iş gününə uyğun gəlir.
Ödəniş üsullarının bölgüsü
Nağd və kart satışının nisbəti ayrıca görünür — həm planlaşdırma, həm də kassa üzləşməsi üçün.
Excel ixracı
Sifarişlər, menyu və analiz cədvəli bir kliklə Excel faylına çıxır. Mühasibə göndərmək üçün əl ilə heç nə köçürmək lazım deyil.
Tez-tez verilən suallar
Mənfəəti necə hesablayır?
Hər məhsulun maya dəyərindən. Maya dəyərini əl ilə yaza, yaxud resept qurub anbardakı real ingredient qiymətindən avtomatik aldıra bilərsiniz.
Gecə yarısından sonrakı satışlar hansı günə yazılır?
Şirkətin iş saatlarına görə. Bağlanış saatı açılışdan əvvəldirsə — məsələn 10:00–04:00 — gecə yarısından sonrakı sifarişlər əvvəlki iş gününə aid edilir.
Hesabatları Excel-ə çıxara bilərəmmi?
Bəli. Sifarişlər, menyu və analiz cədvəli bir düymə ilə .xlsx faylı kimi yüklənir.
Restoranınızı bir platformadan idarə edin.
QR menyudan hesabatlara qədər — hamısı brauzerdə.
Digər xüsusiyyətlər
QR menyu
Müştəri masadan telefonuyla sifariş verir — tətbiq yükləmədən.
Mətbəx ekranı
Hər sex yalnız öz yeməyini görür, sifariş isə real vaxtda düşür.
Çek çapı
Termal çek, sex biletləri və pul çəkməcəsi — birbaşa brauzerdən.
Kassa
Növbə açılışı, mədaxil-məxaric və kəsir nəzarəti — hər gün dəqiq.
Anbar
Qalıqlar, tədarükçülər, reseptlər — maya dəyəri ingredientdən çıxır.
Menyu
Menyunu Excel-dən idxal edin, qiyməti bir ekrandan idarə edin.
Masalar
Bütün masaların statusu bir baxışda, real zal planı üzərində.
Əməkdaşlar
Rollar, PIN giriş və kim-haradan girdiyinin tam qeydi.